Bakı. Günaydın:
Litva Ukrayna ordusuna təhvil vermək üçün Kiyevdən 20 milyon avro dəyərində silah alacaq.
Trend-in məlumatına görə, bu barədə Litva Müdafiə Nazirliyi nazirlik rəhbəri Dovile Şakalen ilə Ukrayna Prezident Aparatının nümayəndəsi Aleksandr Kamışin arasında keçirilən görüşdən sonra xəbər verib.
<!—-> <!––>
“Litva Ukraynanın müdafiə sənayesinə sərmayə qoymağa davam edəcək, Ukraynadakı Ukrayna ordusu üçün silahlar alacaq. Bunun üçün 20 milyon avro ayrılıb, bu investisiyaların artırılması nəzərdə tutulur”, – deyı nazir bildirib.
Vilnüs həmçinin Litvada Ukrayna ilə növləri və miqdarı məxfi məlumat kimi göstərilməyən silahların birgə istehsalı imkanlarını nəzərdən keçirir.