Bakı. Günaydın:
“Arsenal” yay transfer pəncərəsində “Napoli”nin 26 yaşlı
hücumçusu Viktor Osimhen üçün “Mançester Yunayted”lə rəqabət
aparmağı planlaşdırır.
Trend-in “Sports
Digitale” nəşrinə istinadən verdiyi məlumata görə, “Arsenal” yeni
hücumçu transfer etməyi hədəfləyir.
<!—->
<!––>
Hazırda Osimhen “Qalatasaray”da icarə əsasında çıxış edir. Onun
“Napoli” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalına əsasən, futbolçunun bazar dəyəri 75
milyon avro təşkil edir.