Bakı. Günaydın:
Bu ilin yanvar ayında Azərbaycandan 2 milyon ABŞ dolları dəyərində 2,3 min ton nar ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 526 min ABŞ dolları və ya 35,3%, həcm baxımından isə 569 ton və ya 33,3% çoxdur.
Cari ilin yanvar ayında nar ixracı ölkənin ümumi ixracının 0,07%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0,82%-ni təşkil edib.
<!—-> <!––>
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan xaricə 60,5 milyon ABŞ dolları dəyərində 58,1 min ton meyvə-tərəvəz ixrac edilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,9 milyon ABŞ dolları və ya 10,7%, həcm baxımından isə 8,5 min ton və ya 17,1% çoxdur.
Hesabat dövründə ixrac edilən meyvə-tərəvəz ölkənin ümumi ixracının 1,99%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 24,61%-ni təşkil edib.