Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir (FOTO)
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > Siyasət > Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir (FOTO)
Siyasət

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir (FOTO)

Son yenilənmə: 03 Mart 2025, 20:54
03 Mart 2025
Paylaş
12 oxunma dəqiqəsi
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir (FOTO)
Paylaş

Bakı. Günaydın:

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar
müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə
qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama
və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan,
Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və
digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin
baxış iclası martın 3-də davam etdirilib.

Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər – Zeynal Ağayevin sədrliyi ilə, Camal
Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel
Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin
hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün
vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər və onların
müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi
varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən
prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında sədrlik edən dindirməni başlayarkən
təqsirləndirilən şəxslərin hər birinə onlara elan edilmiş ittiham
və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün
əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif edib.

Budəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslər Lyova
Mnaksakanyan, Arayik Harutyunyan, Erik Qazaryan və Vasili Beqlaryan
sərbəst ifadə veriblər.

Sərbəst ifadə verən təqsirləndirilən şəxs Lyova Mnaksakanyan
Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə
iştirakını təsdiq edib. O, 20.09.2020-ci ildə məxfi qərar
verildiyini və həmin qərardan məlumatsız olduğunu deyib:
“Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı
müharibədə iştirak etmişəm. Bundan başqa demək istəmirəm əmr nə
haqqındadır, bunu hamınız bilirsiniz. Ümumiyyətlə, mən hərbi
xidmətdən tərxis olunduqdan sonra ordu ilə əlaqə olmayıb. Ailə,
başqa digər səbəblərə görə istəməmişəm. Bundan başqa, bizə ordu ilə
hansısa təmaslar qurmaq qadağan olunmuşdu. Xüsusilə Ermənistan
Respublikasının baş naziri bizə kiminləsə danışmağı, kimləsə
təmasda olmağı qadağan etmişdi”.

Lyova Mnaksakanyan, həmçinin 2016-cı ilin Aprel döyüşləri barədə
də danışıb və Ermənistanın qondarma rejimi silahla təmin etdiyini
bildirib: “Mənim 2016-cı il əməliyyatlarına cəlb olunmağıma zərurət
olmayıb. Əgər olsaydı təbii ki, cəlb olunacaqdım. Bir çox taktiki,
kəşfiyyat silahları və radio elektron qurğularımız var idi ki,
onlardan Ermənistanda da olub və biz o silahları Ermənistandan
almışıq. Nəhayət onu bildirmək istəyirəm ki, əgər yuxarı
komandanlıq bizə nəsə verirsə, biz onun üçün ştat ayrımalıyıq və
heyət cəlb etməliyik”.

Ardınca təqsirləndirilən şəxs Arayik Harutyunyan səbəst ifadə
verib. O, 44 günlük müharibə ərəfində baş verənlərdən danışıb:
“2020-ci ilin iyun ayında mən Paşinyandan xahiş etdim ki, bizi
danışıqlar prosesi ilə tanış etsin. 2020-ci ilin iyununda İrəvanda
bizim birgə Təhlükəsizlik Şurasının iclası oldu. Bu, hamı üçün açıq
bir iclas idi. İclas zamanı Ermənistanın o vaxtkı xarici işlər
naziri bizi danışıqlar prosesi ilə tanış etdi. Aydın idi ki, bu
proses dalana dirənmişdi. Bu iclasda Ermənistanın müdafiə
strukturlarının rəhbərləri bizi orduda olan vəziyyətlə tanış
etdilər. Aydın oldu ki, Ermənistan müharibəyə hazır deyil. Müharibə
etmək üçün müəyyən resurslar lazımdır. Belə ki, ərzaq, silah
resursları, maliyyə resurları lazım idi. Məlum oldu ki Ermənistanın
buna imkanı yoxdur. Mən orada çox qısa olaraq öz fikrimi söylədim.
Bildirdim ki, müharibə vaxtı nəticə bizim resurslarımıza görə
olacaq. Çünki istənilən müharibə resurların müharibəsidir.
Azərbaycanın isə bütün sahələr üzrə potensialı Ermənistandan
dəfələrlə üstün idi.

Sonra, iyul ayında siz daha yaxşı bilirsiniz ki, o vaxt Tovuzda
atışmalar baş verdi. Orada nə baş verməsi barədə mənim təsəvvürüm
də yox idi. Televizorda nə göstəriblərsə, yalnız onu bilirəm. Mən
yeni bir adam olduğum üçün gərək “ordu” ilə tanış olardım və təmas
xəttində nə baş verirsə bilərdim. 2020-ci ilin yayında ön cəbhəni
və “ordu”nu gəzməyə, tanış olmağa başladım. Mənim facebook
səhifəmdə və “rəhbərliyin saytında” bir neçə məqalə dərc etdim.
“Ordu” ilə bağlı bütün informasiyaları “mətbuat xidməti” bizə
təqdim edirdi. Və mənim səhifəmdə onlar çap olunurdu. Bəli, orada
mənim elə çıxışlarım və söylədiklərim var idi ki, indi hazırda
təəssüf edirəm ki, bunlara yol vermişəm”.

O, həmin ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun
təlimlərini müşahidə etdiyini bildirərək təlimlərə Ermənistan
ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini,
habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə
qərarların Ermənistanda verildiyini etiraf edib: “Təimlərə
rəhbərliyi Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan
edirdi. Bu da gizlin proses deyil, hamının gözünün qarşısında olan
bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən onu
“ordu bölmələri”nə qədər müşayəət eləmişəm. O, vəziyyətlə tanış
oldu. Eşidirdim, görürdüm ki, “silahlı qüvvələr”də nə baş verir.
Mən “Qarabağ müdafiə komitəsi”ndən heç bir məlumat almamışdım.
Situasiya barədə heç vaxt mənə heç bir məlumat verilməyib. “Ordu”
üzərində mənim heç bir səlahiyyətim olmayıb. Bu, sizə də məlumdur.
İttiham aktında da bu barədə yazılıb. Ermənistan mətbuatında da bu
barədə dəfələrlə qeyd olunub, deyilib ki, Qarabağda olan
ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır.
Ermənistan silahlı qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil
idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məslələrə görə
məsuliyyət daşıyır.

Sentyabrın 27-də sizə məlumdur ki, genişmiqyaslı müharibə
başladı. “Qarabağın qanunları”na uyğun olaraq, biz hərbi vəziyyət
elan etməli idik və onu da etdik. “Parlament”də məlumat verildi ki,
müharibə başlayıb. “Qarabağ ordusu”nun rəhbərliyi tərəfindən elan
olunmuş “hərbi qulluğa çağırış “başladı. Mənə aydın idi ki, bunun
nəticəsi necə olacaq. İlk günlərdən mənim Paşinyanla söhbətim ondan
ibarət oldu ki, müharibə nə vaxt dayandırılacaq. Mütəmadi olaraq,
demək olar hər gün mən parlament deputatları ilə görüşürdüm. Demək
olar hər gün Bako Sahakyanla və Arkadi Qukasyanla görüşürdüm. Mövzu
isə müharibəni bir dəqiqə tez də olsa dayandırmaq barədə idi.
Oktyabrın 2-də mənim bəyanatım oldu ki, “ordu”da heç bir
səlahiyyətim yoxdur və yaxşısı bu olardı ki, mən də bir əsgər kimi
qoşulardım sıraya. Mən öz postumu, ofisimi tərk etdim və ön cəbhəyə
getdim. Mən ön cəbhədə əlbəttə ki, ola bilməzdim, çünki orada hərbi
əməliyyatlar gedirdi, amma arxa cəbhədə əsgərlərlə görüşdüm. Geri
qayıtmaq istəmirdim. Bilirdim ki, nə baş verəcək. Lakin mənim
həmkarlarımın, dostlarımın təkidi ilə geri qayıtdım. Həmin gün
Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək
barədə qərar qəbul olunmuşdu. Raket və yaxud da artileriya
qurğularından. Əsasən siyasi hərbi vertikal “Qarabağ müdafiə
ordusu”nun “qərargah rəisi”ndən başlayırdı, yuxarıdan aşağı. Levon
Mnatsakanyanın bir qədər əvvəl verdiyi ifadələrdən artıq mənə aydın
oldu ki, istintaqın xəbəri var ki, o, hansı səlahiyyətlərə malik
idi və nə edə bilərdi. Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri
var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən
Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o
mənə dedi ki, bəli, Azərbaycanın hava limanarı bizim əsas
hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə
təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarbağ
tərəfindən endirililr”.

Arayik Harutyunyan Azərbaycan Prezidenti İlham Əliyevə məktub
ünvanlamaq istədiyini, lakin Ermənistan baş naziri Nikol Paşinyanın
buna imkan vermədiyini bildirib:

“Oktyabrn 18-i axşamçağı bizim Bako Sahakyanla və Arkadi
Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng elədim və
dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla
bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də da lazım olsa buna
qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə
müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə
idi ki, istənilən qaydada müharibəni salxayın və bildirin ki, bu,
erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir
yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni
saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da
hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə
görüş keçirtdi, müxalifətlə görüşdü, demək olar ki, hamıyla
görüşdü. Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş zəngi
elədi və dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm.
Ən pisi o idi ki, müharibə davam edirdi”.

A.Harutunyan etiraf edib ki, “Qarabağ Müdafiə Ordusu”nun
“komandanı” Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe
idi. “Mən “hərbi komandanı” vəzifəyə təyin və vəzifədən azad
etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb.

Onilliklərlə “Qarabağ ordusu” ayrıca ordu kimi fəaliyyət
göstərməyib. “Qarabağ ordusu”nun komandanına qarşı Ermənistanda
cinayət işi başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı
cinayət işi Qarabağda başlanardı”, – deyə o bildirib.

Bundan sonra sərbəst ifadə verən təqsirləndirilən şəxs Erik
Qazaryan heç kimi öldürmədiyini və Azərbaycan əsgərinə atəş açmaq
istəmədiyi üçün təslim olduğunu bildirib.

Daha sonra təqsirləndirilən şəxs Vasili Beqlaryan sərbəst ifadə
verərək elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini
qeyd edib.

Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub. Növbəti
məhkəmə iclası təqsirləndirilən şəxslərin sərbəst ifadəsi ilə davam
etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 nəfər erməniəsilli təqsirləndirilən şəxs
ittiham edilir.

Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.

Bunları bəyənə bilərsiniz

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Azərbaycan XİN Aregentinaya başsağlığı verib

Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər

Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib (FOTO)

Bakı diqqətlə izləyir: Avropa İttifaqı indi nə etmək istəyir?

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Kanadalılar ABŞ mallarını boykot edir
Sonrakı Xəbər Səs yazısı yayılan müəllim işdən azad edildi - Agentlik Səs yazısı yayılan müəllim işdən azad edildi – Agentlik
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Mədəniyyət 22 Aprel 2025
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
İdman 22 Aprel 2025
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Digər 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?