Bakı. Günaydın:
Hava şəraiti ilə əlaqədar olaraq Azərbaycanın bütün dəniz limanlarında gəmilərin giriş-çıxışına qoyulmuş qadağa aradan qaldırılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.
<!—-> <!––>
“Azərbaycanın bütün dəniz limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar gəmilərin giriş-çıxışına qoyulmuş qadağa aradan qaldırılıb. Hazırda əvvəlki qaydada fəaliyyət davam etdirilir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Azərbaycanın bütün dəniz limanlarında gəmilərin giriş-çıxışına qadağa qoyulmuş, dənizdəki bütün gəmilər xüsusi sığınacaqlara yerləşdirilmişdi.