Bakı. Günaydın:
Yasamal rayonu ərazisində bir qadına məxsus “Hyundai” markalı
avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli
bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı V.Cəfərov
saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə
qəza törətməsi də müəyyən olunub.
Araşdırma aparılır.