Bakı. Günaydın:
Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospektində bir nəfər ikinci mərtəbədən birinci mərtəbənin damına yıxılıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
<!—-> <!––>
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindən binanın 1-ci mərtəbəsində yerləşən obyektin damına yıxılaraq müxtəlif bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xərəklə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.