Bakı. Günaydın:
Almaniyanın “Bosch” konserni çətin bazar vəziyyəti və iqtisadi çətinliklərə görə iş yerlərini ixtisar etməyi planlaşdırır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, “Bosch” CEO-su Stefan Hartunq “Stuttgarter Zeitung” və “Stuttgarter Nachrichten” qəzetlərinə verdiyi müsahibədə belə bir qərarın alınmasının qaçılmaz olduğunu bildirib: “Biz daha çox ixtisarların qarşısını ala bilmərik”, – deyə Hartunq qeyd edib.
O, bu addımı avtomobil sektorundakı qlobal iqtisadi zəiflik, Çindən artan rəqabət və istehlakçılar arasında qeyri-müəyyənlik ilə izah edib. Onun sözlərinə görə, daxili yanma mühərriklərindən elektrik ötürücülərə keçid də iş yerlərinin ixtisarına səbəb olacaq.
<!—-> <!––>
Bununla yanaşı, Hartunq elektromobil sənayesinin gözlənildiyi sürətlə inkişaf etməməsinin müsbət təsirini qeyd edib. Bu, mövcud daxili yanma mühərriklərinin istehsal güclərini daha uzun müddət tam istifadə etməyə imkan yaradacaq.
Bosch CEO-su həmçinin, transformasiya prosesi ilə əlaqədar bir çox işçinin təqaüdə çıxacağı və işlərini itirəcəyi barədə də məlumat verib.