Ağdərə. Trend:
Çox sevincliyəm ki, 30 ildən sonra azadlığa qovuşduq. Bu gün sevincimizin həddi-hüdudu yoxdur.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bunu Ağdərə rayon sakini Əfsanə Camalova köç zamanı öz hisslərini bölüşərkən bildirib.
<!—-> <!––>
O, başda Prezident İlham Əliyev olmaqla, bu yolda canı bahasına savaşanlara minnətdarlıq bildirib:
“Öncə Ali Baş Komandanımız, Prezident İlham Əliyevə təşəkkür edirəm. Daha sonra canı və qanı bahasına torpaqlarımızı geri qaytaran şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə isə şəfa arzulayıram”.