Bakı. Günaydın:
ABŞ-nin “Firefly Aerospace” şirkətinin “Blue Ghost” kosmik gəmisi Aya eniş edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə NASA “X” sosial şəbəkəsində məlumat yayıb.
<!—-> <!––>
Modulun iki həftə ərzində aktiv şəkildə işləyəcəyi qeyd olunur. Aya eniş aparatı, yanvarın 15-də “SpaceX”-in “Falcon 9” raketi vasitəsilə buraxılıb.
Onun göyərtəsində NASA-nın tədqiqat avadanlığı və aləti yerləşdirilib ki, bu da Ay haqqında bilikləri artırmağa və gələcək missiyalara hazırlıq üçün istifadə ediləcək.