Bakı. Günaydın:
İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçmentindən sonra istefa verib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.
<!—-> <!––>
Məlumata görə, Zərif istefa ərizəsini İran Məclisinin iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən uzaqlaşdırılmışdı.
Bununla belə, İran prezidenti Məsud Pezeşkian hələlik Zərifin istefasını qəbul etməyib.