Bakı. Günaydın:
Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən qlobal şəraitə
uyğunlaşmasının vaxtı çoxdan çatıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə birgə iftar proqramında
deyib.
Onun sözlərinə görə, dünya əhalisinin dörddə birini təşkil edən
müsəlmanlar qərar vermə proseslərində layiq olduqları şəkildə
təmsil olunmalıdırlar.
<!—->
<!––>
“BMT Təhlükəsizlik Şurasında veto hüququ olan bir İslam
ölkəsinin olması indi tələbdən daha çox zərurətdir”, – deyə
prezident vurğulayıb.
“Biz görürük ki, 5 daimi üzv hakimiyyəti ədalət əsasında bölmək
əvəzinə, hakimiyyəti cəmləşdirərək problemlərin qarşısını almağa
çalışır. Unutmayaq ki, bu dəyişiklik dalğasına qarşı durduqca
problemlərimizin sayı və miqyası daha da artacaq”, – deyə Türkiyə
prezidenti qeyd edib.