Bakı. Günaydın:
İtaliyanın Baş naziri Ciorcia Meloni, Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının məlumat yayıb.
<!—-> <!––>
Görüş, Böyük Britaniyanın ev sahibliyi etdiyi sammit çərçivəsində keçirilib.
Meloni, görüşdə Ukraynaya və xalqına dəstəyini bir daha ifadə edərək, İtaliyanın Avropa, Qərb tərəfdaşları və ABŞ ilə birlikdə Ukrayna üçün suverenlik, təhlükəsizlik və davamlı sülh yaratmaq öhdəliklərinə sadiqliyini vurğulayıb.