Bakı. Günaydın:
Binəqədi rayonu ərazisində yerləşən marketlərin birindən 580 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
<!—-> <!––>
Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Ə.Bayramov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.