Bakı. Günaydın:
Bakı şəhərinin Xətai və digər rayonlarında yerləşən marketlərdən
silsilə oğurluqlar edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
məlumat verilib. .
Bildirilib ki, naməlum şəxslər müxtəlif vaxtlarda
şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj
olunaraq 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən
6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və
kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini
ələ keçiriblər.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində talama
cinayətlərini törətməkdə təqsirli bilinən əvvəllər məhkum
olunmuşlar – 25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman
Məhərrəmov saxlanılıblar.
<!—->
<!––>
Onların törətdikləri cinayət əməlləri təhülkəsizlik kameraları
vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.