Bakı. Günaydın:
Ordubad şəhərində yerləşən “Ərbabın İş Yeri” tarixi mədəniyyət abidəsi bərpa olunacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi müvafiq işlərə start verib.
<!—-> <!––>
Belə ki, şəhər ərazisində yerləşən “Ərbabın İş Yeri” və tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmir işləri aparılacaq.
Nazirlik sözügedən işlərin icrasının 2,5 milyon manata başa gələcəyini proqnozlaşdırıb.