Bakı. Günaydın:
Qətər İsrailin Qəzza zolağına humanitar yardımın daxil olmasını qadağan etməsini qətiyyətlə pisləyib və bunu atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi martın 2-də yaydığı bəyanatda bildirib.
<!—-> <!––>
“Qətər dövləti işğalçı İsrail hökumətinin Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaq qərarını qətiyyətlə pisləyir”, – deyə bəyanatda vurğulanıb. Qətər XİN İsrailin bu addımını “atəşkəs razılaşmasının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması” adlandırıb.
Bəyanatda həmçinin qeyd olunub ki, Qətər ərzağın müharibə silahı kimi istifadə olunmasını qəbul etmir və beynəlxalq ictimaiyyəti İsraili Qəzzanın bütün ərazilərinə maneəsiz humanitar yardımın çatdırılmasını təmin etməyə məcbur etməyə çağırıb.