Bakı. Günaydın:
Bu gün Misli Premyer Liqasında 25-ci tura start verilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, ilk oyun günündə əvvəlcə autsayder “Səbail” öz meydanında “Şamaxı” ilə qarşılaşıb.
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Şamaxı” bu qələbı ilə xallarını 24-ə çatdırıb və 7-ci pilləyə yüksələrək autsayderlərdən bir qədər uzaqlaşıb.
Bu komandaların ilk dövrədəki matçında “Səbail” 2:0 hesabı ilə qalib gəlib. İkinci dövrədəki oyunda isə qolsuz heç-heçə qeydə alınmışdı.
Bu gün həmçinin, “Sumqayıt” – “Qarabağ” matçı da keçiriləcək.
3 mart (bazar ertəsi)
Misli Premyer Liqası, 25-ci tur
17:00.“Səbail” – “Şamaxı” – 0:2
Qollar: Vasiliye Bakiç, 41, Andrey Tirkoveanu, 53 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov VAR: Rəşad Əhmədov AVAR: Namik Hüseynov “ASCO Arena”
19:30.“Sumqayıt” – “Qarabağ” Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev VAR: Kamal Umudlu AVAR: Rahil Ramazanov M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
4 mart (çərşənbə axşamı)
<!—-> <!––>
17:30.“Turan Tovuz” – “Zirə” 19:30.“Sabah” – “Araz-Naxçıvan”
5 mart (çərşənbə)
17:00. “Kəpəz” – “Neftçi”
Bombardirlər:
Leandro Anderade (“Qarabağ”) – 9 qol
Cesse Sekidika (“Sabah”) – 9 qol
Coy-Lens Mikels (“Sabah”) – 8 qol
Felipe Santos (“Araz Naxçıvan”) – 8 qol
Davit Volkov (“Zirə”) – 8 qol
Salifu Suma (“Zirə”) – 8 qol
Pavol Şafranko (“Sabah”) – 7 qol