Bakı. Günaydın:
Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına
qarşı mübarizə davam etdirilir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sonuncu əməliyyat nəticəsində Ruhin Mürşüdov və
tanışı olan bir nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıblar.
Onlardan 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanaraq
götürülüb.
<!—->
<!––>
Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran
vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik
vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı
planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.