Bakı.Trend:
ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında gələcək görüşə hazırlıqlar sürətləndirilmiş templərlə davam etdirilir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
<!—-> <!––>
Kanal qeyd edir ki, ötən həftə Ağ Evdə Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında canlı yayım zamanı düşmüş mübahisənin planlaşdırılmış olması ehtimalı var və məqsəd Ukrayna liderinin nüfuzuna xələl gətirib, onu danışıqlar prosesindən kənarlaşdırmaq ola bilər.