Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat alır-almaz, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub.
<!—-> <!––>
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.