Apple yeni iPad Air ilə yanaşı 11-ci nəsil iPad planşetini də təqdim edib. Yenilənmiş iPad planşeti 60 Hz-lik təsvir yenilənməsinə sahib 2360×1640 piksel keyfiyyətli 11 düym ölçülü ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təkil edir. Planşet A16 Bionic prosessoru vasitəsilə çalışır. Şirkətin sözlərinə əsasən sözügedən prosessor A15 Bionic-dən 30%, A13 Bionic-dən isə 50% daha sürətlidir.

Bununla belə yenilənmiş adi iPad planşeti Apple Intelligence ekosisteminin dəstəyini əldə etməyib. Yeni iPad modeli 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Planşet özündə 12 MP-lik arxa kameranı və 12 MP-lik ön kameranı birləşdirir. Onun yandırıb/söndürmə düyməsinə isə Touch ID texnologiyası inteqrasiya edilib. Yenilənmiş adi iPad modeli 12 mart tarixində satışa çıxacaq. Onun qiyməti 349$-dan start götürəcək.
Mənbə: The Verge