Bakı. Günaydın:
Bakıda Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında
biznes əlaqələrin inkişafına həsr olunmuş “B2B Forum”u baş
tutub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, forum “Caspian Energy Club”ın təşkilatçılığı ilə “LEF
Network Azerbaijan” layihəsi çərçivəsində keçirilib.
Forumda “Caspian Energy Club”un idarə heyətinin sədri, baş
icraçı direktor Telman Əliyev, Latviyanın Azərbaycandakı səfiri
Edqars Skuja, media nümayəndələri iştirak ediblər.
“Caspian Energy Club”un idarə heyətinin sədri, baş icraçı
direktor Telman Əliyev tədbirdə çıxış edərək bildirib ki, dünyanın
100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək bir təşkilat
yaradılacaq.
O qeyd edib ki, bu ildən etibarən Azərbaycan Milli Biznes
Assosiasiyası yaranır:
“Biz dünyanın 100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək
böyük bir təşkilat yaradacağıq. 100-dən çox ölkədə Azərbaycan
biznesi fəaliyyət göstərir. Bu istiqamətdə də dəstəyə ehtiyacımız
var. Əməkdaşlığımızın ikitərəfli olmasını istəyərdik. Çünki
ikitərəfli hərəkət daha uğurlu olur”.
“Caspian Energy Club”ın baş icraçı direktorun birinci müavini
Rasim Mahmudov isə çıxış edərək bildirib ki, əsas məqsəd
Azərbaycanda biznes və investisiya mühitini
yaxşılaşdırılmaqdır.
<!—->
<!––>
O əlavə edib ki, bu istiqamətdə “Caspian Energy Club” bu
istiqamətdə tədbirlər təşkil edir:
“B2B”, görüşlər, səhər yeməkləri formatında qarşılıqlı əlaqələr
qurmağa, əməkdaşlıq imkanlarını dəyərləndirməyə çalışırıq. 2023-cü
ildə biz “Caspian Energy Club”ın beynəlxalq qolunu yaratdıq. Bu
təşkilatın əsas məqsədi bizim xaricdə olan fəaliyyətlərimizin
təşkil etməkdir. Son illərdə biz Azərbaycan, Qazaxıstan, Türkiyə,
Qırğızıstan, Özbəkistan, Gürcüstan, Çex Respublikasında və
Latviyada böyük forumlar təşkil etmişik. Bu tədbirlər davam
etməkdədir”.
Tədbirdə Latviyanın ticarət-sənaye palatasının Avropa İttifaqı
layihələri departamentinin direktoru Liqa Siçyova isə vurğulayıb
ki, Bakıda Mərkəzi-Baltika regional biznes forumu keçiriləcək.
“Bu ilin oktyabr ayında Bakıda vacib tədbir – Mərkəzi-Baltika
regional biznes-forumu keçiriləcək. Bu müxtəlif ölkələrin
bizneslərini birləşdirən iri bir hadisə olacaq. Bu il biz eyni
zamanda Estoniya və Finlandiyada iki biznes-forum keçirəcəyik”,
-deyə o bildirib.
Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya da öz növbəsində
diqqətə çatdırıb ki, Azərbaycanın biznes-icmasının Latviya bazarına
marağının artması müşahidə olunur.
“Bizim münasibətlərdən və ticarət mübadiləsindən söz düşmüşkən,
bizim dostluğumuz möhkəmlənməkdədir, ticarət həcmi isə artmağa
davam edir. Biz Azərbaycan bazarına daxil olan məhsullarımızın
assortimentində genişlənməni, o cümlədən Azərbaycanın
biznes-icmasının Latviya olan marağının artmasını müşahidə
edirik.