Alienware şirkəti böyük ölçülü yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru Alienware AW3425DW adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440×1440 piksel keyfiyyətli 34.2 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99.3%-ni əhatə edir. Monitor özündə NVIDIA G-Sync və AMD FreeSync Premium Pro texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB 3.2 Gen 1 və USB 3.2 Gen 1 girişlərini əldə edib. Alienware AW3425DWM monitorunun qiyməti 799$ təşkil edir.
