AnTuTu bençmarkı 2025-ci ilin fevral ayında istifadəçilərin ən çox razı qalmış olduqları Android smartfonların reytinqini təqdim edib. Reytinqə 10 smartfon daxil olub və onlar müxtəlif brendləri əhatə edirlər. Beləliklə keçən ay istifadəçilərin ən çox razı qalmış olduqları Android smartfonlar reytinqinin ilk beşliyi belədir. Huawei Mate 70 Pro+, Huawei Pura 70 Pro+, Honor Magic 6 Ultimate Edition, Honor GT və OPPO Find N3. İlk beşlikdən sonrakı smartfonların sıralanması belədir. OPPO Find X7 Ultra, Galaxy Z Fold 5, Xiaomi 15, Galaxy S24+ və Meizu 21 Pro.
