Geely özünün G-Pilot adlı avtonom idarəetmə sistemini təqdim edib. Bu sistem şirkətin bütün brendlərində, o cümlədən Galaxy, Zeekr və Lynk & Co modellərində əlçatan olacaq. Geely, BYD və Chery-dən sonra Çində bütün model sırasına avtomatlaşdırılmış idarəetmə sistemini tətbiq edəcəyini elan edən üçüncü avtomobil istehsalçısı oldu. G-Pilot 5 fərqli səviyyədə təqdim olunur və növbəti funksiyaları əhatə edir: Avtomatik parketmə, şosse və şəhər yollarında sürücüyə kömək və NOA (Navigation on Autopilot) – qapıdan-qapıya avtonom idarəetmə.
– G-Pilot H1
– G-Pilot H3
– G-Pilot H5
– G-Pilot H7
– G-Pilot H9.

G-Pilot sisteminin fərqli versiyaları müxtəlif səviyyəli avtonom idarəetmə imkanları təqdim edir. Baza versiyası – şosse yollarında sürücüyə kömək və avtomatik parketmə funksiyalarını təklif edir. Bu versiya 10 kamera və 5 millimetrlik radarlarla təchiz edilib. H5 versiyası – 11 kamera, 3 radar və lidar ilə təchiz olunub. HD xəritələr olmadan şəhər daxilində avtonom idarəetməni dəstəkləyir. H9 versiyası – bir neçə lidar sensoru ilə təchiz olunub və tam avtopilot sisteminə yüksəldilə bilər. Bu versiya avtomobili müxtəlif yol şəraitlərində müstəqil idarə edə bilir. G-Pilot sistemini ilk alan model Geely Galaxy E8 elektrik sedanı olub. Bu avtomobilin başlanğıc qiyməti 149 800 yuan (20 600$) təşkil edir. Texniki xüsusiyyətlər:
– Baza versiya – 400-voltluq arxitektura, arxa ötürücülü sistem və 272 at gücünə sahib tək mühərrik
– Yüksək səviyyəli versiya – 800-voltluq sistem, tam ötürücülü idarəetmə və ümumilikdə 646 at gücünə sahib iki mühərrik.
– CLTC (Çin standartı) üzrə yürüş məsafəsi – 550-665 km.
Mənbə: Carnewschina