Bakı. Günaydın:
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk
oyunları dörd görüşlə yekunlaşacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, son
oyun günündə “Feyenoord” klubu “İnter”i Bakı vaxtı ilə saat
21:45-də qəbul edəcək.
“Bavariya” “Bayer Leverkuzen” klubu ilə, “Benfika” komandası
“Barselona” ilə, PSJ isə “Liverpul”la qarşılaşacaq. Qarşılaşmaların
start fiti Bakı vaxtı ilə gecə yarısı saat 00:00-da səslənəcək.
Qeyd edək ki, cavab görüşləri mart ayının 11 və 12-də
keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
<!—->
<!––>
5 mart
21:45 – “Feyenoord” – “İnter”.
6 mart
00:00 – “Bavariya” – “Bayer Leverkuzen”;
00:00 – “Benfika” – “Barselona”;
00:00 – PSJ – “Liverpul”.