Vivo şirkəti keçən ilki Vivo T3x 5G smartfonunun davamçısı olan Vivo T4x 5G-ni təqdim edib. Vivo-nun bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo T4x 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.72 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1050 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və üstəlik MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Vivo T4x 5G smartfonu MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo T4x 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 160$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena