AnTuTu bençmarkı qlobal bazarda ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub. Onlardan 4-ü Snapdragon 8 Gen 3, 4-ü Snapdragon 8 Gen 2, 2-si Exynos 2400 vasitəsilə çalışır. Beləliklə qlobal bazarda keçən ay üzrə ən güclü Android smartfonlar reytinqinin ilk beşliyi belədir. Red Magic 9 Pro, iQOO 12, OnePlus 12, Galaxy S24 Ultra və Galaxy S24+. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. Galaxy S24, Xiaomi 13, Galaxy S23 Ultra, Galaxy S23+ və Galaxy S23.

Mənbə: AnTuTu