AnTuTu bençmarkı 2025-ci ilin fevral ayının qiymət-performans üzrə ən yaxşı Android smartfonlarının reytinqlərini təqdim edib. Ənənəyə sadiq qalaraq bu reytinqlərdə smartfonlar müxtəlif satış qiymətləri üzrə kateqoriyalara ayrılıb. Beləliklə ilk reytinqdə 140$-a kimi satış qiymətinə sahib smartfonlar yer alıblar. Bu reytinqin ilk beşliyi belədir. Nubia Mavericks 5G, iQOO Z9x, Vivo Y200t, Honor Play 50 və OPPO K12x 5G. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. Redmi 14C, Redmi Note 13 5G, Honor Play 9T, OPPO A3 5G və Vivo Y36t.

İkinci reytinqə 141$-dan 279$-a kimi satış qiymətinə sahib smartfonlar daxil olublar. İkinci reytinqin ilk beşliyi belədir. iQOO Neo9S Pro, iQOO Z9 Turbo+, Realme Neo7 SE, iQOO Neo9 və Redmı Turbo 3. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. OnePlus Ace 3V, iQOO Z9 Turbo, REDMI Turbo 4, Meizu 21 Note və Honor X50 GT.

Üçüncü reytinqə 280$-dan 419$-a kimi satış qiymətinə sahib smartfonlar daxil olublar. Üçüncü reytinqin ilk beşliyi belədir. Realme Neo7, OnePlus Ace 5, iQOO Neo10, Realme GT6 və Meizu 21. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. OnePlus Ace 5 Pro, OnePlus Ace 3 Pro, Honor GT, iQOO Neo10 Pro və Redmi K70.

Dördüncü reytinqə 420$-dan 559$-a kimi satış qiymətinə sahib smartfonlar daxil olublar. Dördüncü reytinqin ilk beşliyi belədir. Realme GT7 Pro Racing Edition, Realme GT7 Pro, REDMI K80 Pro, iQOO 13 və OPPO Find X8. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. Vivo S20 Pro, Honor Magic 6, Honor 300 Pro, Vivo X100s və iQOO 12.

Beşinci reytinqə 559$-dan yuxarı satış qiymətinə sahib smartfonlar daxil olublar. Bu reytinqin ilk beşliyi belədir. OnePlus 13, Vivo X200, Honor Magic 7, Nubia Z70 Ultra və ASUS ROG Phone 9. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. Xiaomi 15, Red Magic 10 Pro, OPPO Find X8 Pro, Vivo X200 Pro mini və Vivo X200 Pro.
