Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Azərbaycanda almaz dövriyyəsinə nəzarət tədbirləri gücləndirilir
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > İqtisadiyyat > Azərbaycanda almaz dövriyyəsinə nəzarət tədbirləri gücləndirilir
İqtisadiyyat

Azərbaycanda almaz dövriyyəsinə nəzarət tədbirləri gücləndirilir

Son yenilənmə: 06 Mart 2025, 10:33
06 Mart 2025
Paylaş
5 oxunma dəqiqəsi
Paylaş

“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi” (Kimberley Process Certification Scheme, KPCS) – 2003-cü ildə BMT tərəfindən təsdiq edilmiş qanunsuz çıxarılan və Qərbi Afrikada qanuni hökumətlərə qarşı mübarizə aparan qruplaşmalar və onların müttəfiqləri üçün silah alınmasının maliyyələşdirilməsinə yönələn “qanlı” almazların bazara daxil olmasının qarşısını alan sxemdir. Bu ad sxemin hazırlanması ilə bağlı görüşlərin keçirildiyi Cənubi Afrika Respublikasının “almaz paytaxtı” kimi tanınan şəhərin şərəfinə verilib.

2000-ci ilin may ayında CAR, Botsvana və Namibiyanın təşəbbüsü ilə emal edilməmiş almaz istehsalçısı və istehlakçısı olan ölkələrin, eləcə də ticarət, kəsim şirkətlərinin və bir sıra QHT-lərin nümayəndələri Kimberli şəhərində “münaqişə” almazları probleminin həlli yollarını tapmaq üçün görüş keçiriblər. Bu təşəbbüs BMT tərəfindən dəstəklənib və BMT Baş Assambleya “münaqişəli” almazların beynəlxalq ticarət dövriyyəsindən çıxarılmasına çağırış edən bir sıra qətnamələr qəbul edib.

Bu gün KPSS-nin təsir dairəsi daha da genişlənir. Proses çərçivəsində dünya almaz dövriyyəsinin 98 faizə qədərini əhatə edən ixrac-idxal əməliyyatlarına nəzarət (sertifikatlaşdırma şəklində) təmin edilir. KPSS-nin hərəkətini təşkilati və maliyyə əsaslarının möhkəmləndirilməsi, eləcə də əsas iştirakçılarının maraqlarına görə birləşdirilməsi istiqamətində proqnozlaşdırmaq olar.

KPSS sədri bir il müddətinə seçilir. Sədr informasiya mübadiləsi işinin təşkilinə, sənədlərin hazırlanmasına, sessiyalararası və plenar görüşlərin keçirilməsinə cavabdehdir. Sədr üzv ölkələr tərəfindən KPSS-nin tələblərinə əməl olunmasına nəzarət edir. Sertifikatlaşdırma sxemində ciddi uyğunsuzluq əlamətləri olan ölkələrdə yoxlamalar təşkil edilir. Sədrin katibliyi isə informasiya, texniki və təşkilati funksiyaları yerinə yetirir. İndiyədək üzv ölkələr rəsmi olaraq KPSS-nin institusionallaşdırılması, daimi katibliyin yaradılması ilə bağlı heç bir təşəbbüs irəli sürməyiblər.

Hazırda KPSS-nin 49 üzvü var (o cümlədən 27 dövləti təmsil edən Avropa İttifaqı) və 75 ölkəni birləşdirir. Bu yaxınlarda Türkiyə və Meksika da KPSS-ə qoşulub. Daha 17 dövlət prosesə qoşulmaq niyyətində olduqlarını bəyan ediblər, onların əksəriyyəti Afrika ölkələridir. KPSS-də insan hüquqları mövzularına xüsusi diqqət yetirən statuslu QHT-lər (“Global Witness”, “Partnership Africa-Canada”, “World Diamond Council”) daha fəal rol oynamağa çalışırlar.

KPSS-nin müddəalarının icrasını yoxlamaq məqsədilə iştirakçı ölkələr tərəfindən icmal səfərləri, nəzarət missiyaları və yoxlamalar təşkil edilir. İndiyədək KPSS-ə üzv ölkələr rəsmi olaraq Kimberli icmal missiyalarına dəvət ediblər.

Emal edilməmiş təbii almazların hasilatı və ticarəti üzrə statistik məlumat bazasının formalaşdırılması və təhlili mürəkkəb məsələlərdir. Ayrı-ayrı dövlətlərin məlumatların verilməsinə yanaşmalarında mühüm fərqlər var. Hazırda ölkələrin təqdim etdiyi ilkin statistik məlumatların analizinin əsas meyarları və metodologiyası təkmilləşdirilir. Bu məsələ ilə bağlı əsas təkliflər ilkin mərhələdə təhlil metodologiyasını sadələşdirmək və milli sertifikatlar olan ticarət məlumatlarını istinad nöqtəsi kimi qəbul etmək üçün nəzərdə tutulur.

Azərbaycana gəlincə isə 3 sentyabr 2024-cü il tarixində “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tətbiqi sahəsində təcrübə mübadiləsi məqsədilə Rusiya Federasiyası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin, “AzərGold” QSC-nin, Rusiya Federasiyasında almaz yataqlarının işlənilməsi, almazların emalı və ixracı sahəsində ixtisaslaşan “Alrosa” SC-nin nümayəndələrinin iştirakı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də ikitərəfli görüş keçirilib. Əsas müzakirə mövzuları “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin həyata keçirilməsi, bu çərçivədə emal edilməmiş təbii almazların dövriyyəsinin dövlət tənzimlənməsi və nəzarəti, istifadə edilən rəqəmsal həllər olub.

25 fevral 2025-ci ildə Prezident İlham Əliyev “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyalar yaradılmalı və fəaliyyəti təşkili olunmalıdır.

Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyəti sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov sənədin imzalanması ilə bağlı qeyd edib ki, bu mühüm addım ölkənin almaz ticarətində iştirakını tənzimləyən beynəlxalq sertifikatlaşdırma mexanizminə inteqrasiyasını təmin edəcək. Azərbaycanın Kimberli Prosesinə qoşulması emal edilməmiş almaz ticarətinin qanuni əsaslarla həyata keçirilməsini, almaz emalı və zərgərlik sənayesinin inkişafını, yerli istehsalın stimullaşdırılmasını və yeni istehsal sahələrinin yaradılmasını təmin edəcək. Bununla yanaşı, ölkənin idxal və ixrac imkanları genişlənəcək, almaz bazarında şəffaflıq və nəzarət gücləndiriləcək, yeni investisiya imkanları açılacaq və beynəlxalq bazara inteqrasiya sürətlənəcək.

Sərəncama əsasən eyni zamanda Azərbaycanın almaz və zərgərlik sənayesinin inkişaf etdirilməsi, ölkənin bu sahədə regional mərkəzə çevrilməsi, almaz emalı və ticarəti üçün müvafiq tənzimləyici və institusional bazanın formalaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Azərbaycanın bu prosesə qoşulması yerli və xarici investorlar üçün yeni imkanlar açmaqla yanaşı, ölkənin zərgərlik və qiymətli daşlar sektorunda mövqeyini daha da gücləndirəcək.

Azərbaycanın Kimberli Prosesinə qoşulması ölkədə almaz bazarının qanuni və şəffaf qaydada təşkili üçün mühüm əsas yaradacaq. Bu addım ölkəmizin beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməklə yanaşı, qanunsuz ticarətin qarşısını alacaq və şəffaflığı təmin edəcək.

Aygün İBRAHİMOVA,

“Respublika”.

Bunları bəyənə bilərsiniz

“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb

SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb

Benefisiar mülkiyyətçiləri barədə məlumatlar vergi və kommersiya sirri sayılacaq

Bu ilin ilk ayında Naxçıvandan İrana verilən elektrik enerjisinin həcmi açıqlanıb

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Bu ərazilərdən quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub Bu ərazilərdən quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub
Sonrakı Xəbər Ceyhun Bayramov D-8-in baş katibi ilə Azərbaycanın təşkilata üzvlüyündən irəli gələn əməkdaşlıq məsələləri müzakirə edib Ceyhun Bayramov D-8-in baş katibi ilə Azərbaycanın təşkilata üzvlüyündən irəli gələn əməkdaşlıq məsələləri müzakirə edib
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Siyasət 23 Aprel 2025
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Siyasət 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Siyasət 22 Aprel 2025
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Mədəniyyət 22 Aprel 2025
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
İdman 22 Aprel 2025
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Digər 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?