Bakı. Günaydın:
İnnovasiya və sürət lideri “Bakcell” Sumqayıt şəhərində yeni
Müştəri Xidmətləri Mərkəzinin açılışını edib. Yeni mərkəz
abunəçilərə daha sürətli, rahat və texnoloji xidmətlər təqdim
etməklə, fərqli müştəri təcrübəsi vəd edir.
Sülh küçəsi 196 ünvanında yerləşən yeni “Bakcell” Müştəri
Xidmətləri Mərkəzi ənənəvi xidmətlərlə yanaşı, şirkətin ən son
yenilikləri ilə tanış olmaq imkanı yaradır. Mərkəzdə müştərilər həm
yüksək texnoloji həllərdən yararlana, həm də süni intellekt
dəstəkli xidmətlər haqqında ətraflı məlumat ala bilərlər. Xüsusilə,
elektron guşələr və növbəli keçid sistemi müştəri əməliyyatlarının
daha keyfiyyətli və sürətli şəkildə həyata keçirilməsini təmin
edir.
Vurğulayaq ki, yeni açılmış Müştəri Xidmətləri Mərkəzi
“Bakcell”in ölkə üzrə sayca 21-ci xidmət mərkəzidir.
<!—->
<!––>
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya
şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək
innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə
təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə
Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan
iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından
biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL
Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.