Bakı. Günaydın:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi
məlumatlarına əsasən, Şimali İrlandiyanın Orta Olster bölgəsində,
Amerika Birləşmiş Ştatlarının isə Pensilvaniya və Kolorado
ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, Respublika ərazisinin bu yoluxucu xəstəlikdən
qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə
alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan
məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya
yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan
quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət
məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların
saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların
idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq
Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
“Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanıb”,-
deyə məlumatda qeyd edilib.