Google YouTube-da onlayn kazinolar və digər rəqəmsal qumar oyunları ilə bağlı məzmun siyasətini sərtləşdirdiyini elan edib. 2025-ci il martın 19-dan etibarən YouTube kontent yaradıcılarına Google tərəfindən sertifikatlaşdırılmamış qumar saytlarına keçid etməyə çağırış etməyi qadağan edəcək. Bu məhdudiyyət aşağıdakı hallara şamil ediləcək:
– Onlayn kazino və qumar saytlarının şifahi şəkildə qeyd olunması,
– Bu platformalara birbaşa keçidlərin paylaşılması,
– Kazinoların loqotipləri və reklam materiallarının göstərilməsi,
– Qumar oyunlarını nümayiş etdirən videoların yayımlanması.

Bu qayda YouTube-da qumarla bağlı məzmunun daha ciddi nəzarət altına alınmasına yönəlib. Bundan əlavə, bəzi videolara yaş məhdudiyyəti tətbiq ediləcək. Hətta “YouTube İcma Qaydalarını” birbaşa pozmayan, lakin onlayn kazinoların reklamını özlərində birləşdirən videolar da yaş məhdudiyyətinə məruz qalacaq. 18 yaşdan aşağı izləyicilər üçün növbəti məzmunlar əlçatan olmayacaq. Rəqəmsal qumar oyunları və onlayn kazino reklamları. İstisnalar yalnız aşağıdakılara şamil ediləcək:
– İdman mərcləri
– Ənənəvi kazinolara dair məzmunlar (məsələn, turistik və ya tarixi baxımdan təqdim edilən materiallar)
YouTube avtomatik olaraq istifadəçiləri onlayn kazinolara yönləndirən və “zəmanətli qazanc” vəd edən videoları siləcək – bu qayda Google-un sertifikatını almış saytları da əhatə edir.
Mənbə: Google