Bakı. Günaydın:
Azərbaycan Bolqarıstan üçün əsas qaz tədarükçüsü qalmaqda davam
edir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirinin müavini Fariz
Rzayev bu gün Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr
olunmuş tədbirdə bildirib.
Tədbirdə nitqlə çıxış edən Fariz Rzayev iki ölkə arasında enerji
əməkdaşlığının vacibliyinə toxunub.
<!—->
<!––>
“Azərbaycan Bolqarıstanda istehlak olunan qazın 50 faizdən
çoxunu təmin edir. Biz energetikanı strateji sektor olaraq nəzərdən
keçirik və bu sahədə münasibətlərimizin möhkəmlənməsinə can
atırıq”, -deyə o bildirib.
Nazir müavini həmçinin əlavə edib ki, Bolqarıstan Azərbaycan
qazının Avropaya nəqli üçün vacib tranzit qovşağına çevrilib ki, bu
da ikitərəfli əməkdaşlığın uğurlu nümunəsidir.
“Enerji əməkdaşlığı bizim strateji tərəfdaşlığın təməlidir və
biz bu sahədə qarşılıqlı əlaqələri genişləndirəcəyimizə ümid
edirik”,-deyə o bildirib.