Bakı. Günaydın:
Nizami rayonu ərazisində yerləşən evlərin birində oğurluq
hadisəsi qeydə alınıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə DİN-in Mətbuat
Xidməti məlumat yayıb.
Bildirilib ki, ev sahibi polisə müraciət edərək yaşadığı
mənzildən 150 dollar, 4000 manat dəyərində mobil telefon, oyun
konsulu və qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən
oğurlandığını bildirib.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının
həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən,
əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 21 yaşlı
Anar Cəfərov müəyyən olunaraq saxlanılıb.
<!—->
<!––>
Onun törətdiyi cinayət təhülkəsizlik kameraları vasitəsilə də
anbaan lentə alınıb.
Faktla bağlı araşdırma aparılır.