Kickstarter platformasında ChatGPT dəstəkli qeyri-adi bir cihaz – AI Smart Pen adlı ağıllı qələm təqdim olunub. Bu qələm əl yazısını rəqəmsal formata çevirir, daxili mikrofon və dinamiki sayəsində istifadəçi ilə ünsiyyət qurur və əmlumatları smartfona ötürür. AI Smart Pen səs və mətn qeydini microSD karta yazır və ya Bluetooth vasitəsilə smartfona göndərir və onun çox rejimli işləmə imkanı var. Onlara misal olaraq əl yazısını rəqəmsal formata çevirən qələm və mikrofon vasitəsilə ChatGPT (4o-mini) ilə əlaqə qurma cihazı (HearIt.AI platforması üzərindən) rejimlərini gətirmək olar.

Qələmin tam funksionallığı aşağıdakı kimidir.
– ChatGPT ilə səsli ünsiyyət
– Reallıqda nitqin tərcüməsi
– Səs fayllarının yazılması və səsləndirilməsi
– Xatırlatmaların yaradılması və bildirişlərin verilməsi
– Diktofon qeydlərindən avtomatik qeydlər hazırlama.

Bu innovativ cihaz səslə qarşılıqlı əlaqəni və yazıdan rəqəmsal çevrilməni bir araya gətirən ağıllı qələm kimi təqdim edilir. AI Smart Pen qələminin səs yazmaq üçün şəxsi səsboğucu mikrofonu var. Qələm diktofon rejimində 30 saat, səsləndirmə rejimində isə 30 dəqiqə çalışır. AI Smart Pen özündə microUSB girişini birləşdirir və onun üzərindən şarj olunur. Şarj müddəti isə 1 saat təşkil edir. AI Smart Pen artıq Kickstarter platformasında 50$ qiymətində ön sifariş üçün əlçatandır. Rəsmi satışlar noyabrda başlayacaq və cihazın həmin vaxtda qiyməti 65$ olacaq.


Mənbə: Tomshardware