İnsayderlərin son məlumatlarına əsasən Honor şirkəti kompakt ölçülü smartfon üzərində çalışır və hazırlanan bu smartfon Honor Magic 7 Mini adını əldə edəcək. Qeyd etmək lazımdır ki, Honor şirkəti Magic 7 smartfon seriyasını ilk dəfə keçən il təqdim etmişdi. Bu seriyaya Honor Magic 7, Magic 7 Pro, Magic 7 Lite və Magic 7 RSR Porsche Design modelləri daxildirlər. Son zamanlarda müxtəlif smartfon istehsalçılarının kompakt ölçülü smartfonlara istiqamətləndiklərini nəzərə alsaq, Honor-un da belə bir smartfon üzərində çalışması xəbəri təəccüblü deyil.

Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Honor-un hazırladığı kompakt ölçülü smartfon barəsində bəzi təfərrüatları təqdim edib. İnsayderin sözlərinə inansaq, kompakt ölçülü smartfon 1.5K keyfiyyətli 6.3 düym ölçülü ekranla təchiz olunacaq. Bunun olacağı halda smartfon Xiaomi 15, Vivo X200 Pro mini kimi böyük olmayan smartfonlara rəqib ola biləcək. İnsayder həmçinin əlavə edib ki, Honor-un kompakt ölçülü smartfonu nazik gövdə dizaynı ilə seçiləcək. Lakin smartfonun gövdə ölçüləri barəsində hələ heç bir məlumat yoxdur. Smartfonun yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
Mənbə: Digital Chat Station