Bakı. Günaydın:
Azərbaycan ən fəal iştirakçılardan biri kimi Orta Dəhlizin
inkişafında əsas rollardan birini oynayır.
Bunu Trend-ə Bakıda keçirilən
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə iclas
çərçivəsində TBNM Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar
Abdikerimov özəl müsahibəsində deyib.
“Azərbaycan Orta Dəhlizin təhlükəsizliyinin təmin edilməsində
əsas rollardan birini oynayır, çünki Azərbaycanın nəqliyyat
şirkətləri beynəlxalq nəqliyyat marşrutunun fəal iştirakçıları
sırasındadır və bu gün bu marşrutun inkişafına mühüm töhfə verir”,
– o vurğulayıb.
<!—->
<!––>
Qaydar Abdikerimov marşrutun əsas məqsədini – istehlakçılara
keyfiyyətli xidmət göstərmək olduğunu qeyd edib: “Daşımaların həcmi
artdıqca dəhlizə tələbat da artır. Eyni zamanda, marşrutun
ötürücülük qabiliyyətinə ehtiyac da artır ki, bu da yaranan
problemlərin həllində mühüm rol oynayır”.
Xatırladaq ki, martın 4-də Bakıda “Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Hüquqi Şəxslərinin
Baş Assambleyasının iclası keçirilib. Tədbirdə 10 ölkədən nümayəndə
heyətləri, o cümlədən assosiasiyaya üzv ölkələrin dəmir yolu
administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika
şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirin yekununda “Xəzər dənizinin limanları arasında fider
əlaqələrinin təşkili” və “Fider gəmilərinin yüklənməsinin təmin
edilməsi” haqqında sazişlərin imzalanması mərasimi keçirilib.