Bakı. Günaydın:
Boliviya Futbol Federasiyasının İntizam Komitəsi futbolçunun yaşını saxtalaşdırdığı üçün “Aurora” klubunu yeni mövsüm ərəfəsində 33 xal silmə cəzasına məruz qoyub.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində “Aurora”nın hücumçusu Qabriel Montanyonun əslində Dieqo Montanyo olduğu və qeyd edildiyi kimi 20 deyil, 25 yaşında olduğu müəyyən edilib.
<!—-> <!––>
Bu saxtakarlığa görə futbolçu 2 il, klubun prezidenti Xayme Kornexo isə 3 il müddətinə diskvalifikasiya olunub.
Klubun yeni rəhbərliyi federasiyanın qərarına etiraz edəcəyini açıqlayıb.