Bakı. Günaydın:
ABŞ administrasiyası martın 4-dən Kanada və Meksikadan gələn məhsullara 25 faiz həcmində gömrük rüsumları tətbiq edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
<!—-> <!––>
“Çox vacib olan odur ki, sabah Kanadada 25 faiz, Meksikada 25 faiz tariflər olacaq və bu, yalnız başlanğıcdır. Beləliklə, onlar tarifləri ödəməli olacaqlar”, – deyə ABŞ prezidenti bildirib.