Bakı. Günaydın:
05.03.2025-ci il tarixində saat 13:30 radələrində Xocavənd
rayonunda baş verən partlayış nəticəsində xəsarət alan 2002-ci il
təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına
hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.
Bildirilib ki, ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının
travmatik amputasiyası diaqnozu təyin edilib.
“Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib. Vəziyyəti
stabil olaraq qiymətləndirilir”,- deyə məlumatda qeyd edilib.
XXX
14:17
<!—->
<!––>
2025-ci il 5 mart tarixində Xocavənd rayonunun Sos kəndi
ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA)
Mətbuat Xidmətləri məlumat verib.
Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü
Sadıqov Əli Ələhbər oğlu əlində əl qumbarasının partladıcı
mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət
almışdır.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma
aparılır.
“ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara
toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin
göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə
daxil olmamağa çağırır!, – deyə məlumatda bildirilib.