Bakı.Trend:
Misirin hazırladığı plana əsasən Qəzza bölgəsinin
yenidənqurulması və bərpası 38 milyard dollara başa gələcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə xarici KİV-lər Ərəb Liqası üzv-dövlətlərinin
müzakirəyə çıxaracağı sənədin layihəsinə istinadən məlumat
yayıb.
<!—->
<!––>
Məlumata görə, Fələstinin Qəzza zolağının bərpası planında 38
milyar dolların ayrılması nəzərdə tutulur, bu vəsaitin böyük
hissəsi evlərin yenidlənqurulmasına sərf olunacaq.
Sənəd layihəsinə əsasən, bərpa prosesi iki mərhələli şəkildə
aparılacaq. Birinci mərhələ iki il, ikinci mərhələ isə iki il yarım
müddətinə davam edəcək. Planda həmçinin, yenidənqurma və bərpa
işləri zamanı sakinlərin bir neçə şəhərdə müvəqqəti yaşayış evləri
ilə təmin olunması nəzərdə tutulub.