Bakı. Günaydın:
Transfer dönəmlərində adı tez-tez “Qalatasaray” ilə hallanan İlkay Gündoğan haqqında yeni məlumat yayılıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, mövsümün sonunda İngiltərə klubu ilə müqaviləsi başa çatan türk əsilli alman futbolçu “Mançester Siti” ilə daha 1 illik yeni anlaşma əldə edəcək.
<!—-> <!––>
Məlumata görə, tərəflər arasındakı rəsmi danışıqlar müsbət irəliləyir və yaxın günlərdə razılaşmanın rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, 2024/25 mövsümündə “Mançester Siti” forması ilə bütün turnirlərdə 38 oyuna çıxan 34 yaşlı futbolçu 2 qol və 2 asistlə yadda qalıb.