Bakı.Trend:
Biz Azərbaycanla təhsil sahəsində münasibətləri bundan sonra da inkişaf edirmək niyyətindəyik .
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ADA universitetində Azərbaycanla Qazaxıstan arasında ali təhsil sferasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı keçirilirən dəyirmi masanın gedişində bildirib.
<!—-> <!––>
“Qazaxıstan və Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Bizim ölkələrdə təhsil sahəsində aktiv şəkildə islahatlar aparılır”, – o deyib.
Qazaxıstanlı səfir həmçinin, Bakıda ilk dəfə olaraq Qazaxıstan universitetlərinin sərgisi təşkil olunacağını qeyd edib.