Analitiklər yeni Nintendo Switch 2 konsolunun ən azı 400$ başlanğıc qiymətinə sahib olacağını gözləyirlər. Bu, Nintendo-nun indiyə qədərki ən bahalı konsolu olacaq. Buna baxmayaraq, güclü start oyun paketi sayəsində cihazın uğurlu satışa çıxacağı proqnozlaşdırılır. Ekspertlərə görə, Switch 2-nin qiyməti 400$ aşağı olmayacaq. Bəzi mütəxəssislər isə qiymətin 500$-a qədər arta biləcəyini bildirirlər, çünki prosesor istehsalının xərcləri yüksəlib. Müqayisə üçün, 2017-ci ildə satışa çıxan orijinal Switch-in ilkin qiyməti 299$ idi.
Gözlənilir ki, Nintendo Switch 2 satışa çıxdıqdan sonra ilk il ərzində güclü oyun kataloquna sahib olacaq. Bu oyunlar arasında Mario Kart-ın yeni hissəsi, 3D Mario, Pokemon Legends: Z-A və Metroid Prime 4 olacaq. Bundan əlavə, ilk gündən etibarən üçüncü tərəf oyun tərtibatçılarının dəstəyinin güclü olacağı proqnozlaşdırılır. Analitiklərin proqnozuna görə, Nintendo ilk gün 6-8 milyon ədəd Switch 2 konsolu satışa buraxmağı planlaşdırır. Müqayisə üçün Sony, PlayStation 5-i satışa çıxardıqdan sonra ilk 4 həftədə təxminən 3.4 milyon ədəd cihaz satmışdı.
Mənbə: Bloomberg