Gigabyte şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru Gigabyte MO27U2 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840×2160 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rənglıəri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə NVIDIA G-SYNC texnologiyasının dəstəyini birləşdirir. Gigabyte MO27U2-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
