Bakı. Günaydın:
Martın 4-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən
bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.
Trend
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 119, o
cümlədən borclu şəxs qismində axtarışda olan 83 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.
<!—->
<!––>
Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.