Bakı. Günaydın:
Azərbaycan Ordusunun baş leytenantı Hüseyn Nəcəfzadənin həyat və
döyüş yoluna həsr olunmuş yeni əsər yazılır.
Əsər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi
zamanı Suqovuşanın azad edilməsi uğrunda gedən ağır döyüşlərdə
qəhrəmanlıq göstərmiş leytenant Hüseyn Nəcəfzadənin həyatından bəhs
edir. Müharibənin çətinlikləri, ön cəbhədə yaşanan döyüşlər, döyüş
yoldaşları və onun inanılmaz sevgi hekayəsi də əsərdə xüsusi yer
tutur.
<!—->
<!––>
Qeyd edək ki, Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad
edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi
igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti
İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn
Nəcəfzadə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif
edilib.
Əsərin müəllifi gənc yazıçı, “Həqiqətlər” adlı mini
ensiklopediyanın müəllifi və Azərbaycanın ilk ensiklopedik
portalının yaradıcısı Jalə Orucovadır. PAŞA Qrup əməkdaşıdır.