Bakı. Günaydın:
Yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər.
Trend erməni KİV-lərə xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan-Ermənistan münasibətlərini şərh edərkən jurnalistlərə açıqlamasında deyib.
“Hər şey o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər”, – o bildirib.
<!—-> <!––>
O bildirib ki, müzakirə edilən kommunikasiyaların açılması məsələsinin ətrafında bir çox xəbər və yeniliklər ola bilər.
“Məsələn, Azərbaycana cavabımız bu həftə ərzində ola bilər”, – A.Simonyan bildirib.